Məlumatlar

Koronavirus nədir?

Koronavirus (latınca – Coronaviridae) genomu məməlilərdə və quşlarda xəstəliyə səbəb olan RNT-dən ibarət viruslar ailəsi olub, 40 növə malikdir. Bu virus insanlara da məhz heyvanlardan keçir və hazırda insanlara yoluxmayan, ancaq heyvanlarda rast gəlinən bir çox koronavirus növü mövcuddur. İnsanlarda ilk dəfə koronavirusa 1960-cı ildə rast gəlinib. Koronavirusun bir neçə növü insanlarda yüngül yuxarı tənəffüs yolları xəstəliklərinə, SARS-CoV, MERS-CoV kimi viruslar isə daha ciddi tənəffüs yolları xəstəliklərinə səbəb olur. 2019-cu ilin sonunda Çinin Uhan şəhərində ortaya çıxan SARS-CoV-2 virusu isə COVID-19 xəstəliyinə səbəb olur.

 

COVID-19 xəstəliyinin əsas əlamətləri hansılardır?

Bu virus insandan-insana hava damcı yolu ilə ötürülür. Koronavirusun ümumi simptomları aşağıdakılardır:

– öskürək;

– yüksək hərarət;

– əzələ və oynaq ağrısı;

– dad və qoxu itkisi;

– nəfəs darlığı.

Bunlar ən çox rast gəlinən simptomlar olsa da, bəzi hallarda daha az görülən simptomlar ola bilir.

– boğaz ağrısı;

– baş ağrısı;

– ishal, ürəkbulanma və qusma;

– barmaqların və ayaqların rənginin dəyişməsi.

 

Kimlər risk altındadır?

65 yaşdan yuxarı, xroniki xəstəlikləri və artıq çəkili insanlar risk qrupuna daxildir. Bundan başqa aşağıda qeyd olunan xəstəliklər qrupuna daxil olan şəxslər koronavirusdan qorunmaq üçün daha diqqətli olmalıdırlar:

– onkoloji xəstəliklər;

– ürək çatışmazlığı;

– xroniki böyrək çatışmazlığı;

– KOAH (Xroniki Obstruktiv Ağciyər Xəstəliyi);

– bədən kütlə indeksi (BKİ) 30 və ya daha yüksək olan insanlar;

– tip 2 şəkərli diabet.

Bununla birlikdə, yalnız risk qrupunda daxil olan insanlar deyil, hər kəs qoruyucu tədbirlərə riayət etməlidir.

 

COVID-19 və qrip virusu bir-birindən necə fərqlənir?

Hər iki virusun ümumi simptomları hərarət, öskürək, burun axıntısı, nəfəs darlığı, halsızlıq, boğaz, oynaq və baş ağrısıdır. COVID-19-da qripdən fərqli olaraq ishal, ürəkbulanma, qusma, qoxu və dad hissinin itməsi daha aydın görünür. Bu simptomlar müşahidə edildikdə vaxt itirmədən təcili yardıma və ya mütəxəssisə müraciət etmək vacibdir.

Məlumatlar

PCR (PZR) testi nədir?

COVID-19 xəstəliyi yayıldıqdan sonra ən çox adı çəkilən testlərdən biri də PZR (Polimeralı Zəncirvari Reaksiya) oldu. PZR (PCR) virusların molekulyar diaqnostikasında da istifadə edilən mikrobioloji müayinə metodlarından biridir. Bu üsulla yuxarı tənəffüs yollarından götürülmüş materialda (şəxsdə) virusun olub-olmadığı müəyyən edilir. Həmçinin koronavirus infeksiyasına yoluxmuş, heç bir əlaməti olmasa da virusu aktiv şəkildə daşıyan şəxslərin müəyyən edilməsinə imkan verir.

PZR (PCR) testi hansı xəstəliklərin təyinində istifadə edilir?

PZR (PCR) testi son zamanlar ən çox COVID-19-un təyinində istifadə edilməsinə görə populyarlaşsa da, virusların, parazitlərin və bakteriyaların təyinində geniş istifadə edilir.

PZR və anticism təyini testləri arasındakı fərq nədir?

Anticism testləri şəxsin daha əvvəl virusa yoluxub-yoluxmadığını və ona qarşı immunitetin yaranıb-yaranmadığını öyrənmək üçün istifadə edilən üsuldur. Yəni, şəxsin analiz verdiyi vaxt xəstə olub-olmadığı məlum olmaya bilər. Bu test PZR-dən fərqli olaraq dirsək venasından götürülmüş qan nümunəsi ilə həyata keçirilir. COVID-19 virusuna qarşı qanda daha çox 2 tip anticism əmələ gəlir: IgM və IgG.

IgM və IgG-nin müsbət və ya mənfi olması nə deməkdir?

– IgM müsbət, IgG mənfi olduqda, şəxsin infeksiyaya yoluxduğu, xəstəliyin başlanğıc dövrdə olduğunu göstərir;

– IgM mənfi və IgG müsbət olduqda, şəxsin daha əvvəl xəstəliyə tutulub, sağaldığı və immunitetin yarandığını göstərir;

– IgM və IgG hər ikisi müsbət olduqda, xəstəliyin 10-14-cü günündə olduğunu göstərir.

Qeyd edək ki, COVID-19 anticism nəticələri portala daxil edilmir.

Məlumatlar

BNP (Brain Natriumuretik Peptid)

Ürək normada bir protein prekursoru olan pro-BNP-ni aşağı səviyyədə sintez edir. Bu pro-BNP iki yerə parçalanaraq
Aktiv BNP hormonu və
Aktiv olmayan NT-pro-BNP-ni sərbəst vəziyyətə gətirir.

BNP-nin sintez olunma məqsədi
Qan həcminin tənzimlənməsinə və
Dolayı yolla ürəyin qanı orqanizmin hər yerinə qovmasına kömək etməkdir.

Həm BNP, həm də NT-proBNP əsasən ürəyin sol mədəciyində (qanı qovma funksiyasını yerinə yetirən əsas kamerası) sintez olunur. Sol ventrikul (mədəcik) daha gərgin işləmə nəticəsində qanda BNP və NT-proBNP konsentrasiyaları əhəmiyyətli dərəcədə artır. Bu vəziyyət
Ürək çatışmazlığında, həmçinin
Ürək və qan dövranı sisteminə təsir edən digər xəstəliklərdə də müşahidə olunur.
Ürək çatışmazlığı diaqnozunu qoymağa
ürək çatışmazlığının ağırlıq dərəcəsini müəyyən etməyə köməkçi olmaq üçün BNP və ya NT-proBNP istifadə oluna bilər.

Ürək çatışmazlığının müxtəlif səbəbləri vardır. Hələ də bu xəstəliyə ayaqlarda şişkinlik (ödem), tənəffüs çatışmazlığı, nəfəs almada pozğunluq və yorğunluq kimi göstəricilərlə birlikdə əlavə döş qəfəsi rentgeni və EKQ adlanan ultrasanoqrafiya üsulu ilə diaqnoz qoyulur. Ancaq yenə də ürək çatışmazlığı tez-tez başqa xəstəliklərlə səhv salınır.

BNP və NT-proBNP səviyyələri həkimlərə ürək çatışmazlığı ilə ağciyər xəstəliyi problemlərini differensasiya etməyə kömək edir. Ürək çatışmazlığı müxtəlif tibbi müalicələrlə müvəffəqiyyətlə sağaldığına görə düzgün diaqnoz qoymaq mühüm əhəmiyyət kəsb edir.