Məlumatlar

Koronavirus (latınca – Coronaviridae) genomu məməlilərdə və quşlarda xəstəliyə səbəb olan RNT-dən ibarət viruslar ailəsi olub, 40 növə malikdir. Bu virus insanlara da məhz heyvanlardan keçir və hazırda insanlara yoluxmayan, ancaq heyvanlarda rast gəlinən bir çox koronavirus növü mövcuddur. İnsanlarda ilk dəfə koronavirusa 1960-cı ildə rast gəlinib. Koronavirusun bir neçə növü insanlarda yüngül yuxarı tənəffüs yolları xəstəliklərinə, SARS-CoV, MERS-CoV kimi viruslar isə daha ciddi tənəffüs yolları xəstəliklərinə səbəb olur. 2019-cu ilin sonunda Çinin Uhan şəhərində ortaya çıxan SARS-CoV-2 virusu isə COVID-19 xəstəliyinə səbəb olur.

 

COVID-19 xəstəliyinin əsas əlamətləri hansılardır?

Bu virus insandan-insana hava damcı yolu ilə ötürülür. Koronavirusun ümumi simptomları aşağıdakılardır:

– öskürək;

– yüksək hərarət;

– əzələ və oynaq ağrısı;

– dad və qoxu itkisi;

– nəfəs darlığı.

Bunlar ən çox rast gəlinən simptomlar olsa da, bəzi hallarda daha az görülən simptomlar ola bilir.

– boğaz ağrısı;

– baş ağrısı;

– ishal, ürəkbulanma və qusma;

– barmaqların və ayaqların rənginin dəyişməsi.

 

Kimlər risk altındadır?

65 yaşdan yuxarı, xroniki xəstəlikləri və artıq çəkili insanlar risk qrupuna daxildir. Bundan başqa aşağıda qeyd olunan xəstəliklər qrupuna daxil olan şəxslər koronavirusdan qorunmaq üçün daha diqqətli olmalıdırlar:

– onkoloji xəstəliklər;

– ürək çatışmazlığı;

– xroniki böyrək çatışmazlığı;

– KOAH (Xroniki Obstruktiv Ağciyər Xəstəliyi);

– bədən kütlə indeksi (BKİ) 30 və ya daha yüksək olan insanlar;

– tip 2 şəkərli diabet.

Bununla birlikdə, yalnız risk qrupunda daxil olan insanlar deyil, hər kəs qoruyucu tədbirlərə riayət etməlidir.

 

COVID-19 və qrip virusu bir-birindən necə fərqlənir?

Hər iki virusun ümumi simptomları hərarət, öskürək, burun axıntısı, nəfəs darlığı, halsızlıq, boğaz, oynaq və baş ağrısıdır. COVID-19-da qripdən fərqli olaraq ishal, ürəkbulanma, qusma, qoxu və dad hissinin itməsi daha aydın görünür. Bu simptomlar müşahidə edildikdə vaxt itirmədən təcili yardıma və ya mütəxəssisə müraciət etmək vacibdir.

29 Apr, 2022

PCR (PZR) testi nədir?

COVID-19 xəstəliyi yayıldıqdan sonra ən çox adı çəkilən testlərdən biri də PZR (Polimeralı Zəncirvari Reaksiya) oldu. PZR (PCR) virusların molekulyar diaqnostikasında da istifadə edilən mikrobioloji müayinə metodlarından biridir. Bu üsulla… Read More
29 Apr, 2022

BNP (Brain Natriumuretik Peptid)

Ürək normada bir protein prekursoru olan pro-BNP-ni aşağı səviyyədə sintez edir. Bu pro-BNP iki yerə parçalanaraq Aktiv BNP hormonu və Aktiv olmayan NT-pro-BNP-ni sərbəst vəziyyətə gətirir. BNP-nin sintez olunma məqsədi… Read More

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir