Məlumatlar
No Comments

“İnci Laboratoriyaları ilə öyrənməyə davam edirik” adlı silsilə elmi-praktik seminarlar davam etdirilir. Seminarların keçirilməsində məqsəd klinisistlərin və laboratoriya mütəxəssislərinin davamlı tibbi təhsilinə töhfə vermək, klinik və laborator diaqnostikaya dair müasir məlumatları onlarla bölüşməkdir.

Növbəti “İNCİ LABORATORİYALARI İLƏ ÖYRƏNMƏYƏ DAVAM EDİRİK” adlı elmi-praktik seminar 14 may 2022 – ci il tarixində Tovuz şəhərində keçirilmişdir.

Tovuz şəhərindən və ətraf rayonlardan 40-dan çox müxtəlif ixtisaslardan olan həkimin qatıldığı seminarda yüksək ixtisaslı mütəxəssislərin  ginekologiya, pediatriya, nevrologiya sahələri üzrə və cinsi yolla yoluxan infeksiyalara dair məruzələri dinlənildi. İştirakçıların yüksək marağına səbəb olan və diskussiyalarla keçən toplantıda onlara maarifləndirici materiallar verildi və sertifikatlar təqdim olundu.

29 Apr, 2022

BNP (Brain Natriumuretik Peptid)

Ürək normada bir protein prekursoru olan pro-BNP-ni aşağı səviyyədə sintez edir. Bu pro-BNP iki yerə parçalanaraq Aktiv BNP hormonu və Aktiv olmayan NT-pro-BNP-ni sərbəst vəziyyətə gətirir. BNP-nin sintez olunma məqsədi… Read More
29 Apr, 2022

Koronavirus nədir?

Koronavirus (latınca – Coronaviridae) genomu məməlilərdə və quşlarda xəstəliyə səbəb olan RNT-dən ibarət viruslar ailəsi olub, 40 növə malikdir. Bu virus insanlara da məhz heyvanlardan keçir və hazırda insanlara yoluxmayan,… Read More
29 Apr, 2022

PCR (PZR) testi nədir?

COVID-19 xəstəliyi yayıldıqdan sonra ən çox adı çəkilən testlərdən biri də PZR (Polimeralı Zəncirvari Reaksiya) oldu. PZR (PCR) virusların molekulyar diaqnostikasında da istifadə edilən mikrobioloji müayinə metodlarından biridir. Bu üsulla… Read More

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir